6 C
Baku
Monday, December 16, 2024

“Azərbaycan və Ermənistanı mümkün qədər tez danışıqlara qayıtmağa çağırırıq”

ABŞ Azərbaycan və Ermənistanı mümkün qədər tez danışıqlara qayıtmağa çağırır.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays Ermənistan-Azərbaycan sərhədindəki son gərginliyə münasibət bildirərkən deyib.

“ABŞ son vaxtlar Ermənistan- Azərbaycan arasındakı beynəlxalq sərhəddə şiddətin artmasını pisləyir. Ermənistanı və Azərbaycanı atəşkəs öhdəliklərinə riayət etməyə və vəziyyətin de-eskalasiyası üçün təcili addımlar atmağa çağırırıq”, – Ned Prays bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca davam edən gərginlik bir daha sübut edir ki, bütün həll edilməmiş problemlərin həllinə yönələn hərtərəfli həll planı hər iki ölkə arasında münasibətlərin normallaşmasına və region xalqının dinc şəkildə birgə yaşamasını təmin edə bilər.

“ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin dayanıqlı siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı müzakirələrə mümkün qədər tez qayıtmağa çağırır”, -deyə Ned Prays vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər