25 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub

13 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Fransanın Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan XİN Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, 12-13 sentyabr tarixlərində növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğu diqqətə çatdırıb. Ceyhun Bayramov, eyni zamanda indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.

Avropa və xarici işlər naziri Katerin Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər