Azərbaycan və Gürcüstan arasında tranzit yükdaşımaları sahəsində razılıq əldə edilib.
Bu barədə martın 9-da Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının internet portalının təqdimatına həsr olunmuş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə Gürcüstanın analoji qurumu arasında aparılmış danışıqlarda Azərbaycan və Gürcüstan arasında tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılması məqsədilə neft və neft məhsullarının iki ölkə ərazisindən tranzit keçidi üçün dəmir yolu üzrə daşınma və neft terminalları üzrə aşırma tariflərinin paritet əsasda tətbiqinə dair razılıq əldə olunub.
AZƏRTAC]