“Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri artaraq 580 milyon ABŞ dollarına çatıb. Hazırda Gürcüstanda 700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına 3,2 milyard dollar investisiya yatırıb və onlar qonşu ölkədə əsas vergi ödəyicilərindəndir”.
Banker.az xəbər verir ki, bu sözləri Azərbaycanın İqtisadiyyat Naziri Şahin Mustafayev ölkəmizin iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nazir Natia Turnava isə bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir və ölkəmiz Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. O, Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını qeyd edib.
Görüşdə ticarət, o cümlədən Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılması, qarşılıqlı investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, kiçik və orta biznes subyektləri arasında əlaqələr, nəqliyyat-tranzit, alternativ və bərpa olunan enerji, turizmin təşviqi və müştərək turizm marşrutlarının yaradılması, biznes forum və işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə olunub.