Azərbaycan bank sahəsində İranla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir deyib: “Bank sahəsi İran-Azərbaycan əməkdaşlığının inkişafı üçün perspektivli istiqamətlərdəndir”.
Onun sözlərinə görə, bu məsələnin müzakirəsi üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası kimi strukturlar komissiya iclası çərçivəsində iranlı həmkarları ilə görüş keçirəcək.