14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan və İran bir-birinə necə yaxınlaşdı? – “Middle East Eye” araşdırır

London mərkəzli “Middle East Eye” xəbər saytında dərc olunmuş məqalədə İran və Azərbaycanın son dövrlərdəki dalğalı münasibətlərinə toxunulub. Müharibənin birinci ildönümü ərəfəsində hər iki tərəf aqressiv ritorikaya əl atmış, İran tərəfi Azərbaycanı öz ərazilərini İsrailin kəşfiyyat əməliyyatları üçün açmaq və müharibə zamanı suriyalı terrorçuları döyüşdürməkdə, Azərbaycan tərəfi isə İranı müvəqqəti olaraq Azərbaycan torpaqlarını işğal edərək savaşda erməni qoşunlarına köməklik göstərmək və daha əvvəl Qarabağdakı separatçı rejimlə əlbir olaraq Avropa istiqamətində narkotrafiki təşviq etməklə günahlandırmışdı. Daha sonra isə prosesləri Azərbaycanın Türkiyə və Pakistanla birlikdə, İranın isə Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi təlimlər izləmişdi. Banker.az bu barədə məlumatı Topchubashov Mərkəzinə istinadən xəbər verir.

Lakin 28 noyabrda Türkmənistanda hər iki ölkənin dövlət başçılarının əl sıxaraq dostluq və qardaşlıq mesajları vermələri və Türkmənistandan Azərbaycanadək uzanan yeni qaz kəməri layihəsi üzərində razılığa gəlmələri vəziyyətin vəziyyətin ciddi dəyişikliyə uğradığından xəbər verir. “Middle East Eye”-a anonim qalmaq şərtilə müsahibə verən iranlı enerji eksperti bu qaz kəməri layihəsinin İran üçün uğur sayıla bilməyəcəyini iddia edirlər. İranın ötürüləcək qazda neçə faizlik paya sahib olduğu belə dəqiq deyil və ISNA bu göstəricinin cəmi-cümlətanı 5% olduğunu iddia edib. Ekspert bu layihəni “İranın Azərbaycanı məmnun saxlamaq üçün ödədiyi borc” kimi dəyərləndirib.

Başqa bir iranlı diplomat isə məsələni nüvə danışıqları ilə əlaqələndirib. Belə ki, Aşqabaddakı görüş 5 aydır fasilədə olan Vyana nüvə danışıqlarının yenidən başlamasından sadəcə 5 gün öncəyə təsadüf edib və bu da layihənin İranın danışıqlara əliboş getməməsi üçün atdığı addım olduğunu göstərir. Diplomat bildirib ki, İranın Ruhani dövründə Qərblə danışıqlara fokuslanması ucbatından Qafqazdakı siyasi gücü kəskin azalıb və hal-hazırda İran “dovşana qaç, tazıya tut” tərzi xarici siyasət yeridir, bu xətsə ən azı Rəisi hakimiyyətinin sonunadək davam edəcək. Buna baxmayaraq, diplomat vurğulayıb ki, 90-cı illərdən bugünədək İranın Qafqaz siyasətində işlək qalan yeganə məsələ Zəngəzur dəhlizinə etiraz olub.

1-ci Qarabağ müharibəsi dövründə XİN-də çalışmış başqa bir təqaüddə olan İran diplomatı isə İranın Qafqazdakı zəifliyinin fərqində olduğunu deyib. O, Azərbaycanın Türkiyə və İsrailin həm hərbi, həm də siyasi dəstəyinə arxalandığını, Ermənistanın Rusiyanın iradəsindən asılı olduğunu və belə bir mühitdə İran üçün gediş imkanlarının, demək olar, qalmadığını ifadə edib. Keçmiş deputata görə, İran heç 90-cı illərdə də Qarabağdakı ən sözükeçən aktor olmayıb, lakin təsir gücü savaşan tərəfləri Tehranda sülh danışıqlarına çağıracaq qədər yüksək olub. Hazırda isə İranın hərbi və siyasi elitası Livan, Suriya və Yəmənə fokuslandığı üçün İranın Qafqazdakı gücü tədricən geriləyib. O deyib ki, İran artıq Azərbaycanı qaz kəməri təklifi ilə aldada bilməz, Azərbaycan artıq İranın zəifliklərindən xəbərdardır, bunlardan öz xeyrinə istifadə edir və qaz kəməri də bunun bariz sübutudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər