Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla Nyu-Yorkda görüşüb.
Banker.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “Twitter”də bildirib.
“Biz ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə etdik. Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim”, – XİN başçısı bildirib.