Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov bununla yanaşı, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntilərimizi bir daha diqqətə çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə:APA
Oxşar xəbərlər

Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir

İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir. Sky News-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək...

Yenidən Laosun Prezidenti seçildi

Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit yenidən ölkə Prezidenti seçilib. 10-cu çağırış Laos Milli Assambleyasının martın 23-də başlayan ilk sessiyasında deputatların...

Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib

İrandan nüvə məsələsinin də tam bağlanmasını istəyirik. Bunu “Fox”a açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. “Bunu istəyəcəyik və düşünürəm ki, buna nail olacağıq. Bununla razılaşmışıq —...

Tramp Müctəba Xameneinin ölməsini istəmir

“ABŞ-ın qarşı tərəfdə işlədiyi şəxslə İranın yeni Ali Rəhbəri Müctəba Xamenei deyil”. Bunu “Fox”a açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. “Ondan heç kim məsləhət almayıb və...

Tramp: Bu gün İran tərəfi ilə telefonla danışacağıq

“Bizim razılaşdığımız əsas məqamlar var və hər iki tərəf razılaşma əldə etmək istəyir. Bu gün, ehtimal ki, telefonla danışacağıq”. Bunu “Fox”a açıqlamasında ABŞ Prezidenti Donald...