Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (CIIC, yaxud XBİŞ) Qusar rayonunda alma bağları salan şirkəti “Our Orchards” MMC-nin rəhbəri dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, “Our Orchards”a bundan sonra İmran Balahmədov Mövlan oğlu rəhbərlik edəcək.
Buna qədər isə bu vəzifədə Elşən Abdurzayev Əmrulla oğlu idi.
CIIC 2008-ci ilin mart ayında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi, İslam prinsiplərinə əsaslanan investisiyaların təşviq edilməsi və yerli iqtisadiyyatın inkişafına töhfə verilməsi məqsədləri ilə yaradılmışdır. Sonrakı illər ərzində körfəz regionunu təmsil edən digər səhmdarlar Şirkətin səhmlərini əldə etmişdirlər. XBİŞ-in əsas hədəfi beynəlxalq investorların sürətlə inkişaf edən Azərbaycanın iqtisadiyyat bazarına daxil olmaları üçün investisiya aləti kimi xidmət göstərməkdir.
CIIC özü isə 2016-cı ildə yaradılmış “Our Orchards” MMC-nin həmtəsisçisidir və 65% aqrar şirkətdə paya sahibdir. Şirkətin 1 700 000 manat nizamnamə kapitalı var.
CIIC intensive alma bağları layihəsinə sərmayə edən şirkətdir.