Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə litvalı həmkarı Gitanas Nauseda ilə danışıqlar aparacaq.
Danışıqlar Vilnüsdə prezident sarayında aparılacaq. Danışıqlardan sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.
Həmin gün Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçiriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib.