9 C
Baku
Wednesday, April 16, 2025

Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər

Monqolustan Azərbaycanla beynəlxalq avtomobil və hava nəqliyyatı ilə daşımalar haqqında sazişlər imzalamağı planlaşdırır.

Bu barədə Monqolustanın Avtomobil Nəqliyyatı Nazirliyinin məlumatında bildirilib.

Nazirliyin məlumatına görə, sazişlər bu il həyata keçiriləcək yüksək səviyyəli səfər çərçivəsində imzalana bilər.

Bu cür sənədlərin imzalanması məsələsi Monqolustanın nəqliyyat və avtomobil yolları naziri Borxuugiyn Delgersayxanın Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Müzakirələr zamanı tərəflər Monqolustan və Azərbaycan arasında avtomobil daşımaları sahəsində əməkdaşlıq imkanlarını və əsas məqamları vurğulayıb, bu istiqamətdə dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

“Nəqliyyat naziri B.Delgersayxan Monqolustan hökumətinin növbəti dörd il ərzində həyata keçirməyi planlaşdırdığı 14 meqalayihə barədə məlumat verib. O, iki ölkənin nəqliyyat və logistika sahəsində səmərəli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib”, – məlumatda qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər