10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan və Özbəkistan avtomobil daşımaları üçün icazə blanklarını dəyişdirəcəklər

Özbəkistan və Azərbaycan əlavə icazə blanklarını mübadilə edəcəklər.

Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Beynəlxalq avtomobil daşımaları üzrə Özbəkistan-Azərbaycan birgə komissiyasının onlayn rejimdə keçirilən iclasında müvafiq razılıq əldə olunub.

İştirakçılar iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının mövcud vəziyyətini, iki ölkənin milli daşıyıcılarının üzləşdiyi problemlər və onların həlli yollarını müzakirə ediblər, icazə blanklarının tutulması üçün kvotaya yenidən baxılıb.

“Görüşdə 2023-cü il üçün ikitərəfli icazələrin əlavə blanklarının mübadiləsi və 2024-cü ildə dəyişdiriləcək icazə sənədlərinin növlərinin kvotaları müəyyən edilib”, – məlumatda qeyd edilib.

Bundan əlavə, 2024-cü ildən ölkələr arasında üç növ icazə sənədləri olacaq – tranzit, ikitərəfli və üçtərəfli.

Həmçinin, Nəqliyyat Nazirliyi milli daşıyıcılara fəaliyyətlərində yenilikləri nəzərə almaları ilə bağlı müraciət edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər