2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Özbəkistan bankçılıq və fintex sahələrində müqavilə imzalanması üzrə danışıqlar aparır

Mərkəzi Asiya Fintex Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilənin imzalanması üzrə danışıqlar aparır.

Bu barədə Mərkəzi Asiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov VIII Beynəlxalq Bankçılıq Forumunun kuluarlarında bildirib.

“Fintexin və Azərbaycan bazarının, o cümlədən ənənəvi bankları əhatə edən maliyyə xidmətləri sektorunun inkişafında böyük perspektivlər görürəm. İki həftə əvvəl Azərbaycan Mərkəzi Bankının nümayəndəsinin, bürokratik maneələrin aradan qaldırılması üçün fəal işlərin aparıldığını vurğuladığı bir məqaləni böyük məmnuniyyətlə oxudum. Bu, xarici oyunçular, o cümlədən fintex şirkətləri üçün bazara daxil olmaq imkanlarının yaradılmasını hədəfləyir. Həmçinin, həmin məqalədə Azərbaycan Mərkəzi Bankının rəqabəti artırmaqda maraqlı olduğunu göstərən açıq bir mesaj səsləndirildi. Bu yanaşma, əslində, xarici fintex şirkətlərinə ölkəyə gəlmək, burada ödəniş təşkilatları açmaq, müxtəlif xidmətlər təklif etmək və yeni məhsullar hazırlamaq üçün bir dəvətdir”, – deyə sədr bildirib.

Onun sözlərinə görə, rəqabət iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.

 

Son xəbərlər
Digər xəbərlər