17 C
Baku
Friday, October 18, 2024

Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar

Azərbaycan Fintex Assosiasiyası və Özbəkistanın SBO şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Memorandum fintex bazarında araşdırmalarla bağlıdır.

Azərbaycan Fintex Assosiasiyasının nümayəndəsi Azər Əkbərov bildirib ki, anlaşma memorandumu ilə həm Azərbaycan, həm də Özbəkistan, eləcə də digər dünya ölkələrində fintexh bazarının araşdırılması və bu məlumatların bazar iştirakçıları ilə paylaşılması nəzərdə tutulur.

Sənəd Bakıda keçirilən Fintex Sammiti çərçivəsndə imzalanıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər