İndiyə qədər Azərbaycan Özbəkistana 64 milyon ABŞ dolları, Özbəkistan isə Azərbaycana 18,5 milyon ABŞ dolları investisiya qoyub.
Bunu Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Jalə Hacıyeva bildirib.
Onun sözlərinə görə, Özbəkistanda 40-dan çox Azərbaycan şirkəti, Azərbaycanda isə 53 Özbəkistan şirkəti qeydiyyatdan keçib.
“Azərbaycan şirkətləri Özbəkistanda biznes qurmaqda çox maraqlıdılar”, – o deyib.
2021-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 11,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2020-ci illə müqayisədə 36% çoxdur. Son 5 il üzrə dinamika isə 5 dəfədir.
Bugünki biznes-forumda Özbəkistan tərəfi 19 şirkətlə təmsil olunur.