Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
ASA-dan Banker.az-a verilən məlumata görə, görüşdə Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev səfirə ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verib.
Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Pakistan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması yönündə ilkin razılıq əldə olunub.