23 C
Baku
Saturday, October 11, 2025

Azərbaycan və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Pakistan Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Bu barədə Pakistan XİN məlumat yayıb.

 

Tərəflər Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, eyni zamanda, ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər