15 C
Baku
Monday, May 6, 2024

Azərbaycan və Qazaxıstan arasında 9 sənəd imzalanıb

Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində 9 sənəd imzalanıb.

İmzalanan sənədlər sırasında Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qazaxıstan Respublikasının Türküstan vilayəti arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında “Protokol layihəsi” var.

Bundan başqa tərəflər arasında aşağıdakı sənədlər imzalanıb:

– Azərbaycan Respublikasının Mingəçevir şəhəri ilə Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum;

– Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;

– Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

– Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;

– Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın ““QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandum;

– “”QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

– “”QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, “Cool İnfinity” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

– “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər