8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycan və Qazaxıstan halal keyfiyyət infrastrukturu sahəsində əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Qazaxıstanın Standartlaşdırma və Metrologiya İnstitutu arasında halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb.

Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, sənədə AZSTAND-ın nümayəndələrinin iştitrak etdiyi, Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısı çərçivəsində imza atılıb.

Tərəflər halal məhsulların müvafiq standartlaşdırma fəaliyyəti üzrə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, texniki əməkdaşlıq və halal məhsulların sertifikatlaşdırılmasına dair stimullaşdırıcı tədbirlər barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, halal məhsul və xidmətlərə dair standartların hazırlanması İslam Əməkdaşlıq Təşkilatı – İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər