22 C
Baku
Saturday, September 28, 2024

Azərbaycan və Qazaxıstan neft nəqli üzrə vahid operatorun yaradılmasını müzakirə ediblər

Azərbaycan və Qazaxıstan neft nəqli üzrə birgə müəssisə yaratmaq istəyirlər, bu barədə Qazaxıstanın baş nazirinin müavini və ticarət naziri Serik Jumanqarin bildirib. Ötən həftə “Reuters” mənbələri Azərbaycanın Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif etdiyini yazmışdı.

Cənab Jumanqarinin sözlərinə görə, hazırda tərəflər daşımalarda darboğazların aradan qaldırılması üçün yol xəritəsinin yaradılmasını öyrənirlər. “Dünən tranzit marşrutu üzrə vahid operator olacaq, keçid tarifi, ucuz tranzit imkanları və innovativ texnologiyalardan istifadə edən müştərək müəssisənin yaradılması məsələsi müzakirə olunub”, – deyə baş nazirin müavini bildirib.

İndi Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur. 2022-ci ildə onun vasitəsilə ixracın ümumi həcmi 29.7 milyon ton təşkil edib ki, bu da bir il əvvəlkindən 12.6% çoxdur. Qazaxıstan və Azərbaycan artıq 2023-cü ildə BTC ilə 1.5 milyon ton neft nəql etmək barədə razılığa gəliblər.

Qazaxıstan üçün əsas ixrac marşrutu Novorossiysk yaxınlığındakı Rusiya dəniz terminalında başa çatan Xəzər Boru Kəməri Konsorsiumudur (CPC). 2022-ci ilin payızından Qazaxıstanın neft şirkətləri Rusiyadan yan keçməklə, o cümlədən Xəzər limanı Aktau vasitəsilə BTC neft kəmərinə qədər Avropa İttifaqına neft tədarükü üçün alternativ marşrutları sınaqdan keçirməyə başlayıblar. Noyabrda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyadan yan keçməklə neft tədarükünün artırılması barədə göstəriş verib.

Son xəbərlər
Digər xəbərlər