17 C
Baku
Sunday, May 5, 2024

Azərbaycan və Qazaxıstanın baş bankirləri rəqəmsal valyutanın yaradılmasını müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Qazaxıstana işgüzar səfər çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatov ilə görüşüb.

Banker.az xəbər verir ki, bunu baş bankir öz tvitter hesabında yazıb.

Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə edilib.

“Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr apardıq”- deyə, T.Kazımov bildirir.

FqHdkqWX0AALgdg

Son xəbərlər
 ⁠
Digər xəbərlər