19 C
Baku
Sunday, May 5, 2024

Azərbaycan və Qırğız fond birjaları anlaşdı

26 iyul 2023-cü il tarixində Çolpan-Ata şəhərində (Qırğızıstan) keçirilən Azərbaycan-Qırğızıstan Biznes Forumu çərçivəsində “Bakı Fond Birjası” QSC və “Qırğız Fond Birjası” QSC arasında Anlaşma Memorandumu imzalanmışdır.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Memorandum “Bakı Fond Birjası” QSC tərəfindən İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev və “Qırğız Fond Birjası” QSC tərəfindən prezident Nazaraliev Medetbek Tagaybekoviç tərəfindən imzalanmışdır.

Bu memorandum hər iki ölkənin birjalarına kapital bazarında əməkdaşlığı genişləndirməyə, birja ticarətinin təşkili üzrə təcrübə mübadiləsinə, birja ticarəti mexanizmlərindən istifadə etməklə fond bazarı sahəsində ticarət-iqtisadi əlaqələrin inkişafına, elektron ticarət sistemlərinin qarşılıqlı inteqrasiyasının təşkili və birja ticarəti iştirakçılarının akkreditasiyasına, birja ticarəti alətlərinin genişləndirilməsi üzrə birgə konfransların, seminarların və digər tədbirlərin keçirilməsinə və mütəşəkkil kapital bazarının iştirakçılarına iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan yaradacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər