11 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycan və Rumıniyanın energetika nazirləri görüşüb

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel
Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, həmçinin “Transgaz”
və “Romgaz” şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul
edib.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə müzakirələr aparılıb.

Həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində VIII nazirlər iclasında
Rumıniyanın iştirakı, dəhlizin genişləndirilməsi çərçivəsində bu ölkənin layihəyə qoşulma perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara dəniz sualtı
fiber-optik kabelin çəkilməsi layihəsi də nəzərdən keçirilib. Rumıniya layihə üzrə hazırda
formalaşdırılan İşçi Qrupunda iştiraka dəvət edilib. Nazir Pərviz Şahbazov deyib ki, hazırda həyata keçirilən bərpa olunan enerji layihələri və dənizdə külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlar gələcəkdə Avropa ilə əməkdaşlıqda Azərbaycanı “yaşıl enerji” mənbələrindən istehsal ediləcək elektrik enerjisinin və hidrogenin ixracı sahəsində də mühüm tərəfdaşa çevirə bilər.

 

Son xəbərlər
Digər xəbərlər