23 C
Baku
Friday, May 10, 2024

Azərbaycan və Rusiya arasında pensiya ilə bağlı QANUN imzalandı

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiyası haqqında Qanun imzalayıb.

Sənəd Rusiyanın rəsmi internet portalında dərc olunub.

2022-ci ildə Bakıda imzalanmış müqavilə iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər