15 C
Baku
Friday, April 26, 2024

Azərbaycan və Rusiya birgə neft müəssisəsi yarada bilər

Rusiya və Azərbaycan neft hasilatı üzrə birgə müəssisə yaratmağı planlaşdırır.

“RİA Novosti”yə istinadən, bu haqda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bazar ertəsi verdiyi açıqlamada bildirib.

“Rusiya Azərbaycanın iqtisadiyyatına müxtəlif formalarda, o cümlədən birgə müəssisələr şəklində 4.2 milyard dollar investisiya qoyub. Azərbaycan iqtisadiyyatının, həmçinin, bizim iqtisadi əlaqələrimizin şaxələndirilməsinə vasitəçilik etmək üçün bizim müəssisələrin əsas gücü sənaye sahəsinə verməsini istərdik.

Bizim ölkələr arasında ticarət əlaqələri o baxımdan vacibdir ki, mübadilə etdiyimiz əsas məhsullar, neft və qazla əlaqəsi olmayan, qeyri-xammal sənaye mallarıdır”, – deyə səfir mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, “bu, onu göstərir ki, ticarət təkcə xammal səviyyəsində deyil, daha yüksək səviyyədə – emal səviyyəsində gerçəkləşir.”

“Biz sənaye istehsalatının inkişafına təkan verən müəssisələrə dövlət dəstəyini davam etdirəcəyik. Bizim planlarda neft emalı məqsədi ilə birgə müəssisələrin yaradılması nəzərdə tutulur.

Həmçinin, kənd təsərrüfatı sahəsindəmüəssisələrin maşınqayırma üzrə müəssisələrin yaradılması ilə bağlı planlar var. Azərbaycanı bizim müəssisələrin aqrar-maşınqayırma məhsullarını ilə təchiz etməkdə maraqlıyıq. Belə maşınların birgə istehsalı üzrə müəssisələr də yaratmağa hazırıq”, – deyə səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, bu məsələ hökumətlərarası komissiyanın iclasında müzakirə olunub və yekun sənəddə öz əksini tapıb.

“Komissiya belə müəssisələrin yaradılmasına vasitəçiliyin göstərilməsi ilə bağlı müvafiq göstəriş verib”, -deyə Boçarnikov sözünü bitirib.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər