7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və Rusiya gələn ilin yayında vergi sahəsində məlumat mübadiləsinə başlayacaq

Rusiya və MDB ölkələri 2020-ci ilin avqust ayında test rejimində vergi sahəsində avtomatik məlumat mübadiləsi həyata keçirməyi planlaşdırır. Bu barədə Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, MDB üzvü olan ölkələr arasında elektron məlumat mübadiləsi haqqında protokol 2018-ci ilin noyabr ayında imzalanıb. Ölkələrin avtomatik qaydada bir-birinə ötürəcəyi məlumatların siyahısına şirkətlər və vətəndaşların başqa dövlətdə əldə etdikləri gəlir, habelə onların xaricdəki daşınmaz əmlakları və nəqliyyat vasitələri haqqında məlumatlar daxil edilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın Vergi administrasiyalarının nümayəndə heyətləri iştirak edib.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər