11 C
Baku
Monday, September 30, 2024

Azərbaycan və Rusiya maliyyə sektorunda əməkdaşlıq edəcək

Azrbaycan və Rusiya milli qanunvericilikləri və pul-kreditsiyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edib.

Bu barədə iki ölkənin ötən gün imzaladığı “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də bildirilir.

Sənəddə həmçinin deyilir ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

Son xəbərlər
Digər xəbərlər