2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Rusiya nümayəndə heyətləri iki ölkə arasındakı gömrük-sərhəd buraxılış məntəqələrində olub – Yenilənib

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digərləri Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olub.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

M.Cabbarovun da iştirak etdiyi görüşlərdə məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında iqtisadi əlaqələr barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan tərəfdən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin başçıları daxildir. Rusiya tərəfi isə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov, Dağıstan Respublikasının başçısı Sergey Məlikov və digər şəxslərdən ibarət heyətlə təmsil olunub.

 

Son xəbərlər
Digər xəbərlər