Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Nyu-Yorkda görüşüblər.
BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin ilə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev arasında görüş keçirilib.
Görüş zamanı noyabrın 11-22-də Azərbaycanın sədrliyi ilə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) iqlim gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Diplomatlar Nyu-Yorkda keçirilən BMT-nin Gələcək Sammitinin aktual məsələləri və inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərə effektiv həll yollarının tapılmasının zəruriliyini də müzakirə ediblər.