9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko arasında telefon danışığı olub.

Telefon danışığı zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.

XİN başçılarının müavinləri ikitərəfli və regional gündəmə dair aktual məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Digər xəbərlər