“Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı və investisiya sahəsində yeni əməkdaşlıq imkanları barədə səmərəli müzakirələrimiz oldu”.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.