22 C
Baku
Saturday, September 28, 2024

Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya və biznes sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov tviterdə yazıb.

“Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – nazir qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər