Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edirlər.