Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:
- Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;
- Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;
- Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.
Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.