Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşüb.
Bu barədə C.Bayramov “X” hesabında yazıb.
“Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşməkdən və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı məqsədləri müzakirə etməkdən məmnun oldum”,- nazir bildirib.