9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan və Serbiyanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

1995-ci ildən 2024-cü ilin birinci I rübünün sonuna qədər Serbiyanın Azərbaycanın qeyri-neft-qaz sektoruna birbaşa investisiyalarının məbləği 3.6 milyon ABŞ dolları təşkil edib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

“Azərbaycanda 6 Serbiya şirkəti dövlət qeydiyyatına alınıb, onlardan 4-ü kənd təsərrüfatı, infrastruktur və xidmət sektorlarında aktiv fəaliyyət göstərir. Azərbaycan isə Serbiya iqtisadiyyatına 2.8 milyon ABŞ dolları investisiya yatırıb”, – deyə o qeyd edib.

“Bu ilin I yarısında Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artaraq 30.9 milyon ABŞ dolları olub”, – deyə nazir müavini əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər