25 C
Baku
Thursday, June 19, 2025

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.

Bu, Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” 2025-ci il 12 mart tarixində Bakı şəhərində imzalanıb.

Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər