18 C
Baku
Wednesday, May 21, 2025

Azərbaycan və Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələr yarada bilər

Azərbaycanla Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələrin yaradılmasını nəzərdən keçirə bilər.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Sloveniya arasında 2024-cü ildə ticarət dövriyyəsi 30,8 milyon ABŞ dolları, ixrac isə 8,1 milyon ABŞ dolları təşkil edib: “Bununla belə, bu il ticarətdə nəzərəçarpacaq artımın şahidi oluruq. 2025-ci ilin ilk iki ayında ticarət dövriyyəsi 67%, ixrac isə 66% artıb. Bu, bu sahədə böyük artım potensialından xəbər verir”.

Qeyd edək ki, biznes forum çərçivəsində B2B, B2G görüşləri keçirilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər