Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq

“Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra öz fəaliyyətini bərpa etdi, keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı atılan qeyri-dost addımlar fonunda səfirlik fəaliyyətini dayandırmışdı”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycanla Suriya arasında təmaslar davam edir: “İlk humanitar yardım artıq Azərbaycandan Suriyaya göndərilib. Yaxın zamanlarda bizim Suriya XİN-lə telefon danışığımız nəzərdə tutulub”.

Nazir vurğulayıb ki, Suriyanın beynəlxalq münasibətlər sistemində əhəmiyyətli aktora çevrilməsi üçün Azərbaycan da lazımi dəstəyi bundan sonra göstərəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər