Azərbaycan və Türkiyə arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıqla bağlı Saziş təsdiq ediləcək.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə ediləcək.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi komitənin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.