“Azərbaycan və Türkiyə mərkəzi bankları arasında heç bir svop sazişi danışıqları aparılmır”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov press-konfransda bildirib.
“Bu məlumatı biz də görmüşük. Biz TCMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq”, -AMB sədri bildirir.
Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları 18 milyard dirhəm və 64 milyard lirəlik ($4.7 milyard) valyuta mübadiləsi (swap, yaxud svop) sazişi imzalayıblar.
Ötən ay TCMB rəhbəri bildirmişdi ki, 2 həftə ərzində iki ölkə ilə valyuta svopu haqqında saziş bağlaya bilər. Həmin siyahıda BƏƏ və Azərbaycanı nəzərdə tutmuşdu.