4 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirə bilər

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi müzakirə edilib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdük və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə müzakirə apardıq”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər