16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan və Türkiyə standartlaşdırma sahəsində əməkdaşlığı genişləndirir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, səfər zamanı AZSTAND–ın əməkdaşları Türk Standartları İnstitutu (TSE), Türk Akkreditasiya (TÜRKAK) və Halal Akkreditasiyada (HAK) görüşlər keçirib, keyfiyyət infrastrukturu sahəsində Türkiyə təcrübəsi ilə yaxından tanış olublar.

Görüşlərdə AZSTAND-ın potensialının təkmilləşdirilməsi, beynəlxalq akkreditasiya standartlarına uyğunlaşdırılma, akkreditasiya sahələrinin genişləndirilməsi üzrə əməkdaşlıq, həmçinin Azərbaycanın İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunda (SMİİC) üzvlüyünün aktivləşdirilməsi və digər məsələlər müzakirə edilib. Bundan başqa, TSE-də ISO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə onlayn seminarda iştirak edən AZSTAND əməkdaşlarına sertifikatlar təqdim edilib.

Azərbaycanla Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının VIII iclasının protokoluna uyğun olaraq, TSE ilə AZSTAND arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-2023-cü illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilib. Əldə olunmuş razılığa görə, AZSTAND-ın beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsi, müvafiq standartlar üzrə beynəlxalq akkreditasiyadan keçməsi, strateji inkişaf planının hazırlanması, mütəxəssislərinin təlimlərdə iştirakı, beynəlxalq standartlar əsasında sertifikatlaşmanın həyata keçirilməsi və digər istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

Uc57ECBHGE2mTbPQrPLTdQq07cvbJJQh1hAt9MKM

oyxNwFz3PdmobuXdwRPSgzzqCBmNBjcvM9WBol7l scaled

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər