9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan və Türkiyə su qıtlığına qarşı həll yollarını müzakirə edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanı İbrahim Yımaklı və onu müşayət edən heyətlə görüşüb.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzun müddətli stratejik həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə və Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər