Azərbaycan və Türkiyə arasında təbii qaz ve elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı imkanları müzakirə edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində yazıb.
“Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə təbii qaz ve elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanları dəyərləndirdik”, – nazir qeyd edib.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov martın 11-13-də Türkiyənin Antaliya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak edir.