Oktyabrın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.