İrəvanda Azərbaycan və Türkiyə ilə yüklərin Ermənistan ərazisindən tranziti məsələsində dialoq qurmaq planlaşdırılır.
Bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.
“Türkiyə və Azərbaycana məxsus yük avtomobillərinin Ermənistandan keçməsi ilə bağlı konkret söhbət olmayıb. Lakin biz ümid edirik ki, bu məsələ həllini tapacaq”, – o bildirib.








