“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi “Türkiyə Müştərək Banklar Birliyi” (“Türkiye Katılım Bankalar Birliği”) ilə anlaşma memorandumu imzalayıb.
İmzalanma mərasimi Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisi çərçivəsində baş tutub.
Sənədə iki qurumun rəhbəri – Zakir Nuriyev və İlker Sırtkaya imza atıb.