15 C
Baku
Saturday, October 19, 2024

Azərbaycan və Türkiyənin Yevlaxdakı aqrar biznesinə 50% əlavə yatırım edilib

Azərbaycan və Türkiyə kənd təsərrüfatı şirkətlərinin birgə biznesininə “maya” qoyulub.

Banker.az xəbər verir ki, “Azərşəkər” MMC və Türkiyənin “Agrobay Seracılıq” şirkətinin törəmə aqrar şirkəti olan “Dastan Agro” MMC-nin nizamnamə kapitalı nizamnamə kapitalı 1 milyon manat, yaxud 50% artırılıb.

Bununla da Yevlaxda yerləşə aqropark “Dastan Agro”nun nizamnamə kapitalının həcmi 3 milyon manata çatdırılıb.

“Dastan Agro” MMC “Azərşəkər” və “Agrobay Seracılık” şirkətlərinin müştərək heyvandarlıq və əkinçilik aqroparkıdır.

Yevlax rayonunda yerləşən müəssisənin yaradılmasında məqsəd, daxildə sürü artırma hesabına kökəltmə heyvandarlıq fəaliyyətinin genişləndirilməsi, regionda yeni iş yerlərinin yaradılması, əkinçilik məhsullarının becərilməsi və ət istehsalının artırılması ilə idxalın azaldılmasıdır.

 

Son xəbərlər
Digər xəbərlər