Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Həmin gün Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri – iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev arasında görüş keçirilib.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər.